Qanunsuz ov etmək istəyənlər tutuldu

Qanunsuz ov etmək istəyənlər tutuldu
  11 Sentyabr 2018    Oxunub:1040
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Ağzıbir ovçuluq təsərrüfatına müvafiq icazə olmadan daxil olan Şabran rayon sakini Hətəm Teyyubov, Şamaxı rayonunun dağlıq ərazisində isə ova cəhd edən Bakı şəhər sakini Nazim Rzayev saxlanılıb.
Bu barədə AzVision.az-a ETSN-dən məlumat verilib. Onlardan iki ov tüfəngi, on bir patron götürülüb.

Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti