Nazir Sudanın nümayəndə heyətini qəbul edib
Nazir Hamid Muhamed Elnur Əhməd səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, Azərbaycanın Sudan üçün önəmli ölkə olduğunu qeyd etdi və ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəyin göstərilməsinin Sudanın prinsipial mövqeyi olduğunu və bu mövqeyin dəyişilməz qalacağını vurğuladı.
Azərbaycanla iqtisadiyyat və ticarət sahələrində münasibətlərin inkişaf etdiriməsində maraq ifadə edən Nazir H.M.E.Əhməd Azərbaycanın enerji sahəsində, xüsusilə neft istehsalı sahəsində təcrübəsinin öyrənilməsində istəkli olduqlarını vurğuladı.
Öz növbəsində Nazir E.Məmmədyarov Azərbaycanın enerji sahəsində Sudanın ehtiyac duyduğu istiqamətlər üzrə təcrübə mübadiləsi həyata keçirməyə hazır olduğunu qeyd etdi.
Tərəflər, həmçinin iki ölkə arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, ictimai xidmətlər və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdilər.
Azvision.az
Teqlər: XİN Məmmədyarov