Bakıda 7 nəfərə “pul atan” şəxslər tutuldu

Bakıda 7 nəfərə “pul atan” şəxslər tutuldu
  01 Noyabr 2018    Oxunub:2960
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Bakı şəhər sakinləri olan 6 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Qanbayev saxlanılıb.

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini S.Rəcəbovun 9700 manat pulunu aldadaraq almaqda şübhəli bilinən paytaxt sakini Həmid Abdinov saxlanılıb. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib. Araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN  



Xəbər lenti