Gündüz saatlarında gözlənilən hava şəraiti

Gündüz saatlarında gözlənilən hava şəraiti
  06 Noyabr 2018    Oxunub:2550
Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 11-16, dağlarda 3-7 dərəcə isti təşkil edəcək.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti