Metroda cinayət törədən şəxslər saxlanılıb
Dərhal görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məcidov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Noyabrın 14-də metronun “Əhmədli” stansiyasında Bakı şəhər sakini A.Hacıyevanın çantasından mobil telefonunun oğurlanması barədə daxil olmuş müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Emin Səlimov olduğu müəyyən edilib. Hər iki faktla bağlı araşdırma aparılır.
Azvision.az