İstirahət günlərində gözlənilən hava şəraiti
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 9-12, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağışlı olacağı gözlənilir. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-də hava şəraitinin arabir yağışlı olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.
Paytaxt Bakıda isə buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 9-11 dərəcə isti təşkil edəcək.
Azvision.az
Teqlər: