Bir gündə iki piyada qəzada ölüb

Bir gündə iki piyada qəzada ölüb
  08 Dekabr 2018    Oxunub:4908
Dekabrın 7-də saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elməddin Mirzəyevi vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, piyada xəstəxanaya aparılarakən yolda ölüb.

Eyni zamanda dekabrın 7-də saat 9 radələrində Nəsimi rayonunun R.Behbudov küçəsində Qobustan rayon sakini Qəhrəman Ağabalayev idarə etdiyi “İveco” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Cümşüd Kərimlini vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər iki faktla bağla araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti