Fala baxmaq adı ilə oğurluq etdilər
Həmin şəxslər ev quşlarının onlara fala baxmaları müqabilində nəzir kimi verildiyini desələr də RPŞ-yə dəvət edildikdən sonra burada artıq oğurluq etdiklərini etiraf ediblər.
Səhər saatlarında sözügedən ərazidə yaşayan B.Mikayılov adlı şəxs həyətindən 6 ədəd ördəyin oğurlanması ilə bağlı polisə müraciət edəndə artıq şöbəyə gətirilən Yevlax rayon sakinləri Sadiq Bukavadze və Rəfail Bəkirov törətdikləri əməli etiraf ediblər. Hazırda onların digər bu cür əməllərinin müəyyən ediliməsi istiqamətində araşdırma aparılır.
Azvision.az