Polislər qaçırılan maşını sahibinə qaytardı
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənin qəsəbə sakini Kazım Quliyev olduğu, digər şəxslə birgə dekabrın 18-də Lökbatan qəsəbəsi ərazisində Şamaxı rayon sakini Z.Zərbalıyevin “VAZ-2103” markalı avtomobilini qaçırmaları da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə həmin nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən Xocəsən qəsəbəsi ərazisində tapılaraq sahibinə qaytarılıb. Binəqədi RPİ tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən digər şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: DİN







Vaxtında, Aydın, Lazımlı!


