Yanacaq çənindən pirotexniki vasitə çıxdı

Yanacaq çənindən pirotexniki vasitə çıxdı
  22 Dekabr 2018    Oxunub:4898
Avtomobilin yanacaq çənindən pirotexniki vasitə tapılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata gör, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana “Oka” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti itin reaksiyasına əsasən, nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən üzərində “P23” yazısı olan 500 ədəd pirotexniki vasitə aşkarlanıb.

Azvision.az



Teqlər:



Xəbər lenti