3 deputat yeni vəzifəyə seçiləcək

3 deputat yeni vəzifəyə seçiləcək
  24 Dekabr 2018    Oxunub:1693
Milli Məclisin parlamentlərarası üç işçi qrupuna yeni rəhbər seçiləcək.

Azvision.az -ın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Parlament   İclas  





Xəbər lenti