Qubada itkin düşən gənc Bakıda tapıldı

Qubada itkin düşən gənc Bakıda tapıldı
  24 Dekabr 2018    Oxunub:3499
Quba rayon sakini tapılaraq ailəsinə təhvil verilib.
Daxili İlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabrın 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs dekabrın 22-də Bakı şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az



Teqlər: DİN  



Xəbər lenti