Kürəkən qəza törətdi, qayınana öldü

Kürəkən qəza törətdi, qayınana öldü
  24 Dekabr 2018    Oxunub:4813
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, dekabrın 23-də saat 14 radələrində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan qayınanası M.İsmayılova orada ölüb. Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  



Xəbər lenti