Bakıda silsilə oğurluq edən şəxs tutuldu

Bakıda silsilə oğurluq edən şəxs tutuldu
  24 Dekabr 2018    Oxunub:4111
Oğurluq etdiyinə görə tutulan şəxsin törətdiyi digər cinayət əməlləri müəyyən edilib.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Firuddin Baxşəliyevin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun tikinti şirkətlərinin birinə məxsus “Doosan-255” markalı traktorun üzərindən 4000 manat dəyərində ehtiyat hissələri və akkumulyator, 3 evdən pul, qızıl və məişət əşyaları, “Bakcell” MMC-yə məxsus baza stansiyasından 4 ədəd akkumulyator, 1 nəfərin 12.780 manatını oğurlaması, habelə S.Babayevə məxsus “VAZ-21053” markalı avtomobili qaçırması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti