Ukraynadakı səfirliyimizlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə müvafiq qərar qəbul edilib. Kollegiyada, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.
Eyni zamanda, həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda, aparılan audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilmiş, həmçinin cari məsələlərə baxılıb.
Azvision.az