DİN-dən
Azvision.az -a verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 24-də şəhər ərazisindəki evlərin birindən 800 manat, 10.000 manat dəyərində qızıl-zinət əşyaları və parfümeriya oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini Elnur Nuriyev, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal Əliyev və Əliyar Əliyev saxlanılıblar.
Azvision.az