Yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə Sabunçu qəsəbə sakini İntiqam Məmmədov vurulub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, nəticədə piyada xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.