Bakıda narkotik alverçisi saxlanılıb

Bakıda narkotik alverçisi saxlanılıb
  31 Yanvar 2019    Oxunub:2310
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin götürülüb. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan M.İsakov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, ondan heroin götürülüb. ​Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  



Xəbər lenti