Məcburi köçkünlərin yataqxanasında yanğın olub

Məcburi köçkünlərin yataqxanasında yanğın olub
  01 Fevral 2019    Oxunub:2135
Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binasının 4-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan ikiotaqlı mənzildə ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd məişət avadanlığı əriyib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Mənzil  



Xəbər lenti