Gömrükdə növbəti siqaret əməliyyatı

Gömrükdə növbəti siqaret əməliyyatı
  02 Fevral 2019    Oxunub:1916
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı ilə şifahi sorğu-sual aparılıb.
DGK-dan Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində döşəmənin altında 3000 ədəd "LD Club" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az




Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti