Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  03 Fevral 2019    Oxunub:2015
Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın 7-ci mərtəbəsində ümumi sahəsi 63 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az





Teqlər: FHN   Yanğın  



Xəbər lenti