Üç evdən oğurluq edənlər tapıldı

Üç evdən oğurluq edənlər tapıldı
  06 Fevral 2019    Oxunub:1848
Oğurluq etdiyinə görə tutulan M.Məmmədovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan A.Quliyevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 19-da rayon ərazisindəki evlərin birindən 600 manat oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Ev  



Xəbər lenti