1000-ə yaxın gənc AMAL-a qoşulmaq üçün müraciət edib

 1000-ə yaxın gənc AMAL-a qoşulmaq üçün müraciət edib
  08 Fevral 2019    Oxunub:3101
"Bu günə qədər 1000-ə yaxın gənc AMAL layihəsində iştirak etmək arzusunda olduğu bildirib. İlkin seçimdən uğurla keçmiş 300 gənc təlimlərə qoşulmaq imkanı qazanacaq".

Azvision.az xəbər verir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib. O bildirib ki, layihənin məqsədi AMAL-ın simasında Azərbaycanın nümunəvi fermerini formalaşdırmaqdır.
"Layihənin daha çox gənci əhatə etməsi və onlara dəstək verilməsinə çalışacağıq. Məqsədimiz gənclərin məşğulluğu, rifah halının yaxşılaşdırılmasıdır. İstəyirik ki, gənclər kənd yerlərindən şəhərə getmək məcburiyyətində qalmasınlar. Bizim üçün əsas seçim kriteriyası gənclərin kənd təsərrüfatına həvəsinin olması və kənd yerlərində yaşamasıdır. Gənclərə kompleks dəstək göstəriləcək"

M.Əliyev qeyd edib ki, gənclər mikro sahibkarlar kimi formalaşacaq. "Onlara 2 min manatdan başlayaraq çox da böyük olmayan maliyyə veriləcək. Bu, nağd pul kimi deyil, onların təsərrüfatları formalaşdırması üçün maddi texniki bazanın alınması və s. ola bilər. Həmçinin gənclərin innovativ ideyalarının reallaşdırılması üçün gələcəkdə qrantların verilməsi nəzərdə tutulur. Layihələrə beynəlxalq və dövlət qurumları, aidiyyatı nazirliklər tərəfindın maraq çoxdur. Bir çox özəl qurumlar da bizə müraciət edərək layihənin partnyoruna çevrilmək istəyir".

Aytən Zəhra
Azvision.az



Teqlər: AMAL  





Xəbər lenti