DİN Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş A.Heydərovun və Ə.Xankişiyevanın ətraflarında Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 6-da Səbail rayonu ərazisindəki evlərin birindən içərisində 15.000 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk olan seyfi, yanvarın 28-də isə daha bir evdən televizor oğurlamaları da müəyyən edilib.
Azvision.az