Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.