Bakı Şəhər Prokurorluğunun şöbəsi yenidən formalaşdırılacaq

  Bakı Şəhər Prokurorluğunun şöbəsi yenidən formalaşdırılacaq
  10 Aprel 2019    Oxunub:2563
Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibi yenidən formalaşdırılacaq.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, bu barədə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək məqsədilə ilə keçirilən geniş əməliyyat müşavirəsində baş prokuror Zakir Qaralov göstəriş verib.

Əməliyyat müşavirəsində Baş prokuror Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibinin yenidən formalaşdırılması üçün Müsabiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə isə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin edilmələri barədə göstəriş verib.

Azvision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti