TƏBİB sədrindən xaricdə oxumuş həkimlərə iş təklifi
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
"Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə 764 nəfər təhsil alıb. Onların 560-sı tibb təhsili alıb. 384-ü rezidentura, 173 nəfər baza ali tibb təhsili, 3 nəfər magistratura, 16 nəfər doktorantura təhsilinə yiyələnib. Həmkarlarımızın Azərbaycanda çalışması üçün çox gözəl şərait yaradılıb. Arzu edərəm ki, gənclərimiz 3 aylıq layihənin sonunda Azərbaycanda çalışmaq qərarını verəcəklər", - deyə TƏBİB sədri bildirib.
Aytən Zəhra
Azvision.az
Teqlər: TƏBİB