Milli Məclis yeni hakim təyinatlarını təsdiqlədi

 Milli Məclis yeni hakim təyinatlarını təsdiqlədi
  05 May 2020    Oxunub:4506
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılıb.

Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev Ali Məhkəməyə bir neçə hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib.
İclasda Bakı Apellyasiya Məhkəməsinin hakimləri – Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, İlham Əhmədov, Elşad Şamayevin, Gəncə Apellyasiya Məhkəməsinin hakimi - İspəndiyar Şəfiyevin, Şirvan Apellyasiya Məhkəməsinin hakimi – Fehruz Abbasovun, Şəki Apellyasiya Məhkəməsinin hakimi – Mübariz Hüseynovun Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Bundan əlavə, iclasda Çingiz Əsgərov, Bəhman Qəribov və Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Hakim   Ali-Məhkəmə  





Xəbər lenti