Ramin Bayramlı: “Biz virusla birgə yaşamalıyıq”

Ramin Bayramlı:  “Biz virusla birgə yaşamalıyıq”
  15 May 2020    Oxunub:6286
"Bütün dünya ölkələri sərt karantin rejimindən çox bu virusla birgə yaşamağı alışdırır".

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, biz virusla birgə yaşamalıyıq: "Bütün tədbirlərə baxmayaraq, virus bizimlə qalacaq. Yaxın bir il ərzində vaksinin əldə edilməsi görünmür. Antivirus dərman da yoxdur. Bu baxımdan biz qaydalar çərçivəsində yaşamağa alışmalıyıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Sədr  





Xəbər lenti