Dənizçilər qaçqın və məcburi köçkünlərə sovqat payladı
13 İyun 2020
Oxunub:2877
15 iyun - Milli Qurtuluş Günü ərəfəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri qurumun himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, dənizçilər əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə ümumilikdə 3 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət sovqat paylayıblar.
Sovqatları qəbul edən sakinlər onlara hər zaman göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.