Əsgərimiz özünü güllələyib

Əsgərimiz özünü güllələyib
  22 Yanvar 2014    Oxunub:1037
Azərbaycan ordusunun hərbi qulluqçusu özünü güllələyib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Xaqani Manaf oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəşlə yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, X. Hüseynov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


Teqlər:



Xəbər lenti