Yen sədr qaçqınların pensiya problemini həll etdi
Qəbula gələn vətəndaşların müraciətləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələləri əhatə edib. Müraciətlərin bir qismi isə pensiya növünün dəyişdirilməsi, güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı, fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olub. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti təşkilatlara çatdırılması üçün qeydə alınıb.
Qəbula gələn bütün vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Quba rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunub.
Teqlər: