İran səfiri Ağbəndin azad edilməsindən yazdı

 İran səfiri Ağbəndin azad edilməsindən yazdı
  23 Oktyabr 2020    Oxunub:2648
"Azərbaycanla İran arasındakı təqribən 760 km-lik ümumi sərhəd pis niyyətli insanların iştirakı və müdaxiləsi olmadan həmişəlik iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq".
Azvision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” hesabında yazıb.

Səfir qeyd edib ki, iranlılar müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinirlər.

Xatırladaq ki, ötən gün Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycan və İran arasında dövlət sərhədi tam bərpa olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Səfir   Agbənd  





Xəbər lenti