Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

   Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
  26 Oktyabr 2020    Oxunub:1313
Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur. Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

Azvision.az


Teqlər: Düşmən   Atəşkəs  





Xəbər lenti