Deputatlar geri qayıtdı, şeyxin qardaşı İranda qaldı

Deputatlar geri qayıtdı, şeyxin qardaşı İranda qaldı
  20 Fevral 2014    Oxunub:1188
Xəbər verdiyimiz kimi, Milli Məclisin nümayəndə heyəti İran səfərindən geri qayıdıb. Spiker Oqtay Əsədovun başçılıq etdiyi heyət Azərbaycana dönsə də millət vəkili Cavanşir Paşazadə İranda qalası olub. O, parlamentarilərlə birgə Bakıya qayıtmayıb.

Bu barədə AzVision.az-a deputat özü məluma verib. Şəxsli işləri ilə bağlı İranda qaldığını deyən deputat gələn həftə Azərbaycana gələcəyini qeyd edib.

Qeyd edək ki, Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçirilib. Tədbirdə iştirak etmək üçün millət vəkilləri Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı tədbirdə iştirak etmək üçün fevralın 14-də İrana yola düşüblər.

Daha sonra spiker Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev də tədbirdə iştirak ediblər.

Şahanə Rəhimli


Teqlər:  



Xəbər lenti