Ötən günün kriminal xronikası

Ötən günün kriminal xronikası
  20 Fevral 2014    Oxunub:2319
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınmış, onların da 39-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.


Teqlər:  



Xəbər lenti