Nazirlik 270 nəfəri işlə təmin etdi

Nazirlik 270 nəfəri işlə təmin etdi
  07 Mart 2014    Oxunub:901
Mini əmək yarmarkaları nəticəsində 270 nəfərə vakant iş yerlərinə göndəriş verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin yanvar-fevral aylarında Bakı şəhərinin rayonlarında keçirilən mini əmək yarmarkalarında ümumilikdə 77 müəssisə tərəfindən 1363 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu aktiv məşğulluq tədbirlərində 270 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 49 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Məlumat üçün bildirək ki, Bakı şəhərinin rayonlarının Məşğulluq mərkəzləri tərəfindən müəssisə, idarə və təşkilatlardan mövcud vakansiyalar toplanmaqla hər ay mini əmək yarmarkaları təşkil olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti