“Əmək kitabçaları ilin sonuna kimi ləğv olunacaq” - AÇIQLAMA

“Əmək kitabçaları ilin sonuna kimi ləğv olunacaq” - AÇIQLAMA
  14 Mart 2014    Oxunub:1109
Azərbaycanın Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyində elektron qeydiyyat sisteminin proqram təminatının tam işlənməsi prosesi başa çatıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

“Yaxın günlərdə həmin proqram ictimaiyyətə təqdim ediləcək və tətbiqinə başlanılacaq. Hesab edirəm ki, bu proses tam həyata keçirildikdən sonra əmək kitabçaları daşıdıqları informasiyalara görə etibarsız sayılacaq. İşləyən hər bir şəxs barədə bütün məlumatlar elektron informasiya bazasında olacaq. Hesab edirəm ki, Azərbaycanda əmək kitabçalarının funksiyaları bu ilin sonuna kimi başa çatacaq, gələn ildən bu kitabçalarından istifadə olunmayacaq”, - deyə nazir vurğulayıb.

Nazir Qarabağ qazilərinin müavinlətlərinin artırılması ilə bağlı məsələyə də toxunub: “Prezidentin tapşırığı var. Bu günlərdə şad xəbərli fərman və sərəncamlar olacaq”.

Sevinc İltifatqızı


Teqlər:



Xəbər lenti