Ərdoğan İlham Əliyevlə görüşdü

Ərdoğan İlham Əliyevlə görüşdü
  04 Aprel 2014    Oxunub:1744
Azərbaycanda bir günlük rəsmi səfərdə olan Rəcəb Tayyib Ədroğanı Heydər Əliyev adına hava limanında Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun və digər azərbaycanlı rəsmilər qarşılab.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha sonra Ərdoğan Azərbaycan prezidentinin Zaqulba iqamətgahında İlham Əliyevlə görüşüb. Ərdoğan və Əliyev arasında, eyni zamanda nümayəndə heyətlərini arasında keçiriləcək geniş tərkibli görüşdə ölkələr arasındakı münasibətlər və müttəfiqliklə yanaşı, iki ölkənin ortaq maraqlarına xidmət edən beynəlxalq və regional proseslərin müzakirə olunacağı gözlənilir.

Ərdoğan və Əliyevin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.

* * *

Artıq görüş başa çatıb, prezidentlər birgə mətbuat konfransı keçirirlər.

Fatimə Kərimli



Teqlər:  



Xəbər lenti