Bu gün 21 dərəcə isti olacaq

Bu gün 21 dərəcə isti olacaq
  05 Aprel 2014    Oxunub:1005
Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 4-7, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3 şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti