6 min abituriyent ali məktəblərə sənəd verib

6 min abituriyent ali məktəblərə sənəd verib
  05 Aprel 2014    Oxunub:1147
“Bu günə qədər 6000 abituriyent ali təhsil müəssisələrinə qəbul olmaq üçün təqdim etdiyi elektron ərizəsini təsdiq edib”.

AzVision.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

E.Nağızadə bildirib ki, hazırda ali təhsil müəssisələrinə ərizələrin qəbulu davam edir: “Komissiyaya daxil olan məlumatlara görə, müəyyən qrup abituriyent elektron ərizəsini özü doldurmur və ya bu işi icra etməyi bacarmır. Problemin aradan qaldırılması üçün TQDK abituriyentin elektron ərizəsinin doldurulması ilə bağlı video çarx hazırlayıb və komissiyanın saytında yerləşdirilib. Qeyd edim ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün aprelin 1-dən ərizə qəbulu elan edib. Ərizələrin qəbulu internetlə elektron formada aparılır və aprelin 30-dək davam edəcək. Öz elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər üçün SQK-lar aprel ayının 7-dən başlayaraq hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərəcək”.




Teqlər:



Xəbər lenti