Prezident Naxçıvana getdi - YENİLƏNİB

Prezident Naxçıvana getdi - YENİLƏNİB
  07 Aprel 2014    Oxunub:1239
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

AzVision.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıb. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçib.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb.

***

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.


Teqlər:  



Xəbər lenti