YAP-dan tələb: “Ermənistana təzyiq göstərilməlidir”

YAP-dan tələb: “Ermənistana təzyiq göstərilməlidir”
  08 Aprel 2014    Oxunub:1146
«Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsinə maraqlıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində görüş təşkil etmək təşəbbüslərini də müsbət qarşılayırıq. Amma ölkəmizin mövqeyi bundan ibarətdir ki, bu görüşlər konkret nəticə verməlidir».
AzVision.az xəbər verir ki, bu fikirləri hakim partiyanın saytına Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistan təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildrir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur.

«Bugünlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri də Moskva şəhərində görüşdülər. Bundan sonra həmsədrlər görüşün yekunları ilə bağlı bəyanat verdilər. Amma hesab edirəm ki, ATƏT-in Minsk qrupu sülh prosesinin sürətlənməsinə və konkret nəticələrin əldə olunmasına təsir göstərməlidir. Bunun üçün Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır. Ölkəmiz isə belə vəziyyətin davam etməsini qəbuledilməz sayır. Ona görə də, həmsədrlər fəaliyyətlərində konkret nəticələrə hesablanmış addımlar atmalıdırlar»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti