Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdi

Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdi
  08 Aprel 2014    Oxunub:1105
İqtisadiyyat və sənaye naziri Siyəzəndə vətəndaşları qəbul edəcək
AzVision.az İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Şahin Mustafayevin aprelin 11-də Siyəzəndə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı aprelin 12-nə keçirilib. Saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Siyəzən şəhəri, H.Əliyev küçəsi, 90) təşkil olunacaq qəbulda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Quba-Xaçmaz regional bölməsi (Ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 45, əlaqələndirici şəxs: Aqşin Bayramov, əlaqə telefonu: (023) 326-83-16, (055) 706-09-87, poçt ünvanı: ( [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və Facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.


Teqlər:  



Xəbər lenti