Metro işçilərinin maaşı artırıla bilər

Metro işçilərinin maaşı artırıla bilər
  08 Aprel 2014    Oxunub:1664
“Metropoliten” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov fəaliyyətə başlayandan bir sıra yeniliklərə imza atır. Metro keçidlərində alış-verişi qadağan edən sədr bu dəfə işçilərinin maaş problemini önə çəkib.

Bu barədə AzVision.az-a Metropoliten işçiləri məlumat veriblər. Onların sözlərinə görə, Z.Hüseynov keçirdiyi iclasların birində işçilərin maaşla bağlı müraciətlərinə toxunaraq bu məsələsinin onun diqqətində olduğunu deyib.

Metropoliten rəisi işçilərinin əməkhaqlarının yüksək olmasını istədiyini qeyd edib.

Metro işçilərinin bildirdiyinə görə, maaş məsələsi yuxarı dairələrlə məsləhətləşdirilir. Ehtimal edilir ki, yaxın vaxtlarda metro işçilərinin əməkhaqları artırılacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva isə AzVision.az-a açıqlamasında bu məsələdən xəbərsiz olduğunu deyib:

“Bu haqda heç bir məlumata malik deyiləm. Bu haqda bizdə rəsmi məlumat yoxdur”

Anar RÜSTƏMOV


Teqlər:  



Xəbər lenti