Prezident bu gün İrana gedir
Səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək.
Azərbaycan prezidenti aprelin 9-da Səədabad tarixi-mədəni kompleksində iranlı həmkarı tərəfindən rəsmi şəkildə qarşılanacaq.
Bundan əlavə, İ. Əliyev və H. Ruhaninin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.
Eyni zamanda hər iki ölkənin prezidenti arasında bir sıra sənədin imzalanması gözlənilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


