Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-8, gündüz 13-18 dərəcə isti olacaq.
Aprelin 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacaq. Şimşək çaxma ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək .
Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.
Aprelin 11 və 12-də bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Aprelin 11-də axşam çənub küləyi şimal-qrəb küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturu 12-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın temperaturunda ciddi dəyişikliyin olacağı gözlənilmir. Aprelin 11 və 12-də gündüz hava əsasən yağmursuz olacaq, gecə və axşam bəzi ərazilərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacaq.







Vaxtında, Aydın, Lazımlı!


