“Ağstafadakı ruslar qul yox, alkaş idilər” - AÇIQLAMA

“Ağstafadakı ruslar qul yox, alkaş idilər” - AÇIQLAMA
  09 Aprel 2014    Oxunub:1683
Rusiya mətbuatında yayılan məlumata görə, Azərbaycanın Ağstafa rayonunda iki rus vətəndaşı illərdir qul kimi işlədilir. Belə ki, rayonun Köçəsğər kəndində yaşayan Vladimir Naumov və Aleksandr Zıkov uzun müddətdir bəzi şəxslər tərəfindən kənd təsərrüfatında məcburi olaraq işlədilirlər. Buna görə də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həmin kəndə gələrək, rusları rayondan aparıblar.

AzVision.az məsələni araşdırmaq üçün Köçəsgər kəndinin icra nümayəndəsi Şöhrət Məmmədovla əlaqə saxlayıb.

İcra nümayəndəsi bu məlumatları təkzib edərək, qeyd edib ki, rus vətəndaşların qul kimi işlədilməsi ilə bağlı xəbər böhtandır:

“Bu tamamilə yalandır, böhtandır. Bura polislər də gələndə mən dedim ki, həmin şəxslər uzun illərdir kənddədirlər. Biri kəndin içində bir ailədə, digəri isə kənddən biraz kənarda yaşayırlar. Yaşları 60-dan çox idi və içki düşkünü idilər. Yəni onların qul kimi işləmələri heç mümkün də deyildi”.

Ş.Məmmədov qeyd edib ki, 2-3 gün öncə həmin şəxsləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları aparıblar.

Sevinc İltifatqızı



Teqlər:  



Xəbər lenti