Mikayıl Cabbarov uşaq evlərini kamera ilə izləyəcək

Mikayıl Cabbarov uşaq evlərini kamera ilə izləyəcək
  10 Aprel 2014    Oxunub:1030
Təhsil naziri Mikayıl Cabbarov daha bir yeniliyə imza atıb.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin tərkibində olan uşaq evlərinə nəzarət etmək üçün müəssisələrə videokameralar quraşdırılıb.

Qeyd edilib ki, dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə internat məktəblərində videokameralar quraşdırılıb.

Təhsil Nazirliyi videokameraların quraşdırılmasından sonra uşaqlara verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsi məqsədlərinə xidmət edəcəyini bildirib.

Sevinc İltifatqızı


Teqlər:



Xəbər lenti