Milli Məclis 8 məsələyə baxacaq

Milli Məclis 8 məsələyə baxacaq
  10 Aprel 2014    Oxunub:1065
Parlamentin aprelin 18-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub. Bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, parlamentin növbəti iclasının gündəliyinə 8 məsələ daxil edilib.

İclasda Hesablama Palatasının hesabatı dinləniləcək.

Daha sonra gündəliyə “Yol hərəkətı haqqında” qanuna, “Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “İnzibati Xətalar Məcəlləsi”nə və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dəyişiklik daxildir.

A.Təvəkküloğlu bildirib ki, daha iki qanun layihəsi var ki, onlar ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Bular “Dəniz limanları” haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihələridir.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti